AZ

İspaniya millisi 1/4 finala YÜKSƏLDİ

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milli komandaları üz-üzə gəlib.

 

Modern.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada ispanlar rəqiblərini böyük hesabla məğlub ediblər – 4:1.

 

Oyunun 18-ci dəqiqəsində ispaniyalı Roben Le Norman topu öz qapısına göndərib.

 

Qarşılaşmanın 39-cu dəqiqəsində Rodri hesaba tarazlı gətirib.

 

Matçın 51-ci dəqiqəsində Fabian Ruiz komandasını hesabda önə çıxarıb.

 

Niko Uilyams 75-ci dəqiqədər fərqlənərək ispanların üstünlüyünü bir az da artırıb.

Oyunda son nöqtəni 83-cü dəqiqədə Dani Olmo qoyub.

 

Bununla da İspaniya milli komandası Avropa çempionatının ¼ finalmərhələsinə yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
9
modern.az

10Mənbələr