AZ

AÇ-2024: İspaniya fərqi artırdı- YENİLƏNİR

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün daha iki matçı baş tutacaq.

Əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gəlib. Helzenkirhendəki "Feltins Arena"da keçirilən qarşılaşma kifayət qədər gərgin və maraqlı alınıb. İlk yarının ortalarında rəqib qapısına yol tapan slovakiyalılar uzun müddət bu üstünlüyünü qorusalar da, hakimin final fitinə bir dəqiqə qalmış top buraxıb. Belədə oyun əlavə vaxta gedib. Burada daha bir qol vuran ingilislər qələbə qazanaraq 1/4-ə yüksəlib. İngiltərənin növbəti rəqibi İsveçrə olacaq.

Start fiti saat 23.00-da səsləndiriləcək digər oyun Kölndə keçiriləcək. İspaniya və Gürcüstan milliləri “Reyn Enerqi” stadionunda münasibətlərə aydınlıq gətirəcəklər. 

Qeyd edək ki, İspaniya - Gürcüstan oyununun qalibi 1/4 finalda Aımaniya, İngiltərə - Slovakiya cütünün güclüsü isə İsveçrə ilə qarşılaşacaq.

AÇ-2024
1/8 final
30 iyun

İngiltərə - Slovakiya 2:1 
Qollar: Bellingem, 90+5, Keyn, 93 - Şrants, 25.

Baş hakim: Halil Umut Meler (Türkiyə).
Helzenkirhen, "Feltins Arena".

İspaniya - Gürcüstan 3:1 (2-ci hissə)
Qollar: Rodri, 39. Fabian, 51. Uilyams, 75 - Le Norman, 18-öz qapısına.

Baş hakim: Fransua Leteksye (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.

Seçilən
97
50
fanat.az

10Mənbələr