AZ

Azərbaycanda avtomobil qoyun sürüsünə çırpılıb, xəsarət alan var - FOTOlar

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb, 15-ə yaxın heyvan tələf olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 178-ci km-də rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1972-cil il təvəllüdlü Quliyev Şamil Qəni oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını Gəncə istqamətində hərəkətdə olarkən yoldan keçən qoyun sürüsünə çırpılıb. Nəticədə 15 başa yaxın xırdabuynuylu heyvan tələf olub.

Hadisə zamanı avtomobildə olan sərnişin ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
8
milli.az

10Mənbələr