AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - bir sıra işləri kənardan yardım almadan həll etmək olar. Kiçik problemlərin çözümü, rutin məqamların həlli üçün əlverişli zamandır. İtkilərə yol verməyin. Mənasız risklərə, avantüralara aldanmayın.

Buğa - şübhələndiyiniz məsələlərin həllinə başlamayın. Bələd olmadığınız situasiyada çaşqın davranmayın. Yadların yanında təcrübəsiz insan təsiri bağışlamayın. Qüvvənizə və biliklərinizə güvənin.

Əkizlər - çalışdığınız komandada effektiv fəaliyyətə can atın. Şəriklər və tərəfdaşlarla qarşılıqlı anlaşma səviyyəsini mütləq şəkildə yüksəldin. Önəmli görüşə gecikməyin.

Xərçəng - yaşamın müəyyən təfərrüatlarına diqqət yetirin. Narahatlıq, uğursuz şərtlər istisna deyil. İşgüzar aktivliyiniz ifrata varmamalıdır. Bir müddət fasilə edin. Yaxın gələcəklə bağlı planlarda dəyişikliklər zamanıdır.

Şir - günün ilk yarısı intensiv fəaliyyət üçün əlverişlidir. Potensial və qüvvənizi dürüst qiymətləndirin. İllüziyalara qapılmayın. Qəflətən, nəzərdə tutulmamış şəkildə baş verən hadisələrin ardıcıllığı sizi qorxutmasın.

Qız - bol şanslar vəd edən gündür. İmkanlardan mütləq şəkildə yararlanın. Bir sıra hadisələr spontan yaşanacaq. Olayların gedişatından faydalanın.

Tərəzi - tələbələr, abituriyentlər, səyyahlar üçün uğurlu zamandır. İstənilən işə başlamaq olar. Layihələri bir daha nəzərdən keçirin. Uğurlarınız bilavasitə çəkəcəyiniz zəhmətdən və inadınızdan asılıdır.

Əqrəb - işinizdən həzz almağa çalışın. Rutinlik və yeknəsəklikdən şikayətlənərək avantüralara başlamayın. Kommersiya və biznes üçün uğurlu zamandır.

Oxatan - işlərin ənənəvi, adət etdiyiniz çərçivəsindən bir qədər kənara çıxın. Qorxmayın, cürətli olun. Şəxsi münasibətlərdə kobudluğa yol verməyin. Kiçik uğurlarla kifayətlənməyin. Böyük müvəffəqiyyətlərə can atın.

Oğlaq - dostlardan birinin davranışı və sözləri sizi təəccübləndirəcək. Bu adam sizdən faydalanmaq, vəziyyətdən sui-istifadə etmək istəyir.

Dolça - günün ilk yarısında yaranan problemlərin qarşısında geri çəkilməyin. Qayğılar çoxdur, belədir. Amma onları həll etmək üçün potensialınız var. Əhvalınızı pisləşdirəcək olaylara qatılmayın. Mühüm işlərin həllində tələskənliyə yol verməyin.

Balıqlar - yalnız öz qüvvənizə inanın. Fəaliyyətinizin yanlış olduğunu düşünsəniz, daha ciddi səhvlərə yol verərək geriləyə bilərsiniz. Bələd olmadığınız insana sirlərinizi etibar etməyin. Tərəfdaş və şəriklərlə effektiv qarşılıqlı anlaşmanı təmin edin.

Milli.Az

Seçilən
165
1
mia.az

2Mənbələr