AZ

Qız təcavüzkarı "donuz" adlandırdığına görə cinayətkardan daha sərt cəzalandırılıb

"Doqquz nəfər oğlan Hamburq parkında 15 yaşlı qızı qrup halında zorlayıb, o zaman onların yaşı 20-dən az olub, yalnız bir nəfər İran vətəndaşı azadlıqdan məhrum edilib..."
 
Almaniyada Mayya adlı 20 yaşlı bir qız 2020-ci ildə parkda qrup halında digər 15 yaşlı qızı zorlayan doqquz oğlandan birini təhqir etdiyinə görə cəzalandırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
 
Məhkəmə qıza istirahət günləri ərzində həbs cəzasına məhkum edib. Çünki o, öz mesajlarında cinayətkarı "iyrənc bədheybət" adlandırıb, bu da alman qanunvericiliyinə görə böhtan deməkdir. Yeri gəlmişkən, təcavüzkara yaşı ilə bağlı şərti cəza verilib.
 
Hamburqda yaşayan Mayya 15 yaşlı qız qrup şəklində zorlamaqda təqsirli bilinən oğlanlardan birinin telefon nömrəsi dərc edildikdən sonra WhatsAppp-da mesaj yazaraq onu "rüsvayçı donuz təcavüzkar"  və "iyrənc bədheybət" adlandırıb.
 
"Sən güzgüyə baxanda heç xəcalət çəkmirsən? Ümid edək ki, səni həbs edəcəklər", - məlumatda deyilir.
 
Qız həmçinin cinayətkarı küçələrdə hərəkət edərkən "sifətinə zərbə endiriləcəyi" ilə təhdid edib. 
 
KİV-lərin yazdığına görə, Mayyaya belə cəza ona görə verilib ki, vaxtilə o, oğurluq üstündə məsuliyyətə cəlb edilib, məhkəmədə işə baxılarkən o, iclasa gəlməyib.
 
20 yaşlı qız təcavüzkardan üzr istəyib və məhkəmədə deyib ki, müsajlar "daha heç kimə kömək etməyəcək". O, əlavə edib ki, təhsil müəssisəsinə dönmək və uşaq həkimi ixtisasını əldə etmək istəyir.
 
Bu hökm Almaniyanın məhkəmə sistemində bohtana görə qeyri-mütənasib cəza verilməsi Almaniyanın məhkəmə sistemində çatışmazlıq kimi tənqid edilib və etirazlara səbəb olub.
 
Bu cinayət barədə bəlli olanlar
 
"Təhqiramiz" mesajlar alan oğlan 2020-ci ilin sentyabrında bir neçə saat ərzində Hamburq parkının kolluğunda 15 yaşlı qızı zorlayan doqquz cinayətkardan biridir.
 
O zaman onların hamısının yaşı 20-dən az olub, ona görə də həddi-buluğa çatmayanlar üçün cəzalar haqqında qanun onlara şamil edilib. Bəlli olmayan səbəblərdən yalnız 19 yaşlı İran vətəndaşı azadlıqdan məhrum edilib.
 
Bu hadisəni məhkəmədə xatırlayan oğlan sual edib: "Bunu kim istəməzdi ki?".
 
Yerdə qalan cinayətkarlara, o cümlədən Mayyadan mesaj alana şərti cəza verilib. Məhkəmədə sədrlik edənin sözlərinə görə, cinayətkarlardan heç biri baş vermiş hadisə ilə bağlı təəssüf hissi keçirməyib.
 
Bu iş təhqirlərə görə cinayət məsuliyyətini nəzərdə tutan alman qanunlarının nə qədər sərt olduğunu nümayiş etdirib. Belə qanun pozuntusu iki ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Hətta kiməsə "axmaq", "səfeh" deməklə azadlıqdan məhrum edilə bilərsən.
 
Təhqir və zorlama işinə baxan məhkəmə bəyan edib ki, cəmiyyət buna "kəskin və həyəcanlı" münasibət bildirir və özünə qarşı ittihamları "qanunun aliliyinə məqsədyönlü hücum" adlandırıb.
 
"Biz işə baxılması və hökmlə bağlı düşmənçiliyi böyük narahatlıq hissilə müşahidə edirik", - bu barədə yerli "Hamburger" qəzetində rayon məhkəməsinin nümayəndəsi məlumat verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
moderator.az

1Mənbələr