Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonunun keçən hissəsində "Tır" yük avtomobilində baş verən yanğın söndürülüb.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, ərazidə magistral yol qismən açılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
22:42
Ələt-Astara avtomobil yolunda yanğın olub.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, yük ilə dolu "Tır" yük avtomobili alışıb. Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub.
Hazırda sözügedən ərazidə yol bağlanıb və uzun tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
![](https://static.report.az/photo/e8395774-918f-3c4a-b455-157189c8ebb3_300.jpeg)
![](https://static.report.az/photo/9454b268-22ac-3a3f-b2e8-8079f8941112_300.jpeg)
![](https://static.report.az/photo/3d563c01-cf62-337e-94ac-895d0e8c08ab_300.jpeg)
![](https://static.report.az/photo/db2d82db-d569-3e83-bb79-7cffd7faae0f_300.jpeg)
![](https://static.report.az/photo/486ef598-4dae-3221-b2e3-55aaecb58677_300.jpeg)
![](https://static.report.az/photo/92ab0a55-e2f8-324e-8792-3a64e96db7d7_300.jpeg)
![](https://static.report.az/photo/5c455607-8aa5-322a-8d51-3cd05a2e3399_300.jpeg)
![](https://static.report.az/photo/48bf9add-c857-3d4d-a714-caaa7f87c29f_300.jpeg)
![](https://static.report.az/photo/3e16ef9b-3339-3fc5-acf8-b390331eda5b_300.jpeg)
![](https://static.report.az/photo/19150c89-fa39-316e-9417-b606b11ed4fb_300.jpeg)
![](https://static.report.az/photo/1c8ccbc1-e5ec-38bc-9865-805d35380ce2_300.jpeg)