AZ

Bakı-Astara magistralında “TIR” yanıb - VİDEO

Ələt-Astara magistralında "TIR" yük avtomobilində baş verən yanğın söndürülüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bağlı qalan yolda avtomobillərin hərəkəti qismən bərpa olunub.

Faktla bağlı araşdırma aparılır. 

***

Biləsuvar rayonu ərazisində "TIR" yanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Astara magistralının 118-ci kilometrində, Biləsuvar rayonu ərazisində baş verib.

Hərəkətdə olan ağır tonnajlı yük maşını anidən yanmağa başlayıb.

Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub. Avtomobilin söndürülməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
43
2
musavat.com

10Mənbələr