AZ

Rusiyada 4,8 bal gücündə zəlzələ baş verdi

Kuril adaları yaxınlığında (Saxalin vilayəti) dənizdə 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Publika.az Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsinə istinadla xəbər verir.

"Zəlzələnin episentri Malokurilskoye kəndindən 53 km cənubda, (Kuril adalarının Kiçik silsiləsində ən böyüyü olan Şikotan adası) 14 km dərinlikdə yerləşib", - məlumatda deyilir.

Seysmoloqların məlumatına görə, Malokurilsk sakinləri üç bal gücündə, Kunaşir adasının Yujno-Kurilsk sakinləri isə iki bal gücündə yeraltı təkanlar hiss ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
11
publika.az

10Mənbələr