Bakı-Astara magistralının 118-ci kilometrində, Biləsuvar ərazisində yanğın baş verib.
Korrespondent.az bildirir ki, yük ilə dolu "Tır" avtomobili alışıb.
Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub.
Amma yanğından mühafizə bölməsinin əməkdaşları alovun qarşısını alıblar və artıq yol qismən açılıb.
Faktla bağlı araşdırma aparılır.