AZ

Hüseyn Həsənovun mülki əlindən alınacaq

Rusiya Federal Vergi Xidməti bloger Həsənovun avtomobillərini və mənzillərini məhkəmə yolu ilə müsadirə etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin tələbi ilə fərdi sahibkar Həsənova qarşı icraata başlayıb.

Nəticədə blogerin Moskva yerləşən "Neva Towers" kompleksindəki 124 kvadratmetr sahəsi olan mənzili müsadirə oluna bilər. Bildirlir ki, bu mənzilin dəyəri 3 milyon manata çatır. Həmçinin Həsənov 2020-ci ilin "Rolls-Royce Cullinan" və 2022-ci ilin "Chevrolet Tahoe" maşınlarını da itirə bilər.

Bundan əvvəl Moskva vergi müfəttişliyi bloger Hüseyn Həsənova qarşı 144 milyon rubl məbləğində borclara görə iddia qaldırıb. Həsənovun özü iddia qaldırılan zaman Qırğızıstanda olub.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
teleqraf.com

1Mənbələr