Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İngiltərə ilə Slovakiya yığmaları arasında 1/8 final oyununun (2-1) ən yaxşı futbolçusu müəyyənləşib.
“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərənin heyətində Jude Bellingham ümumi töhfəsinə və İngiltərəni bu turnirdə saxlayan qola görə qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
UEFA-nın Texniki Müşahidə Şurası tərəfindən qeyd edilib ki, o, komandasını inandırmaq üçün güclü liderlik nümayiş etdirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”