AZ

Azərbaycan millisi Novi Sadda Avropa çempionu oldu

Güləş üzrə 17 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Serbiyanın Novi Sad şəhərində Avropa çempionu olub.

Arena.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatına bu gün yekun vurulub.

Qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yeniyetmələrdən ibarət sərbəst güləş millimiz 160 xal toplayaraq komanda hesabında çempion olub.

Azərbaycan millisi ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə millisi (119) isə üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) Novi Sadda Avropa çempionu olublar. Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş medalla kifayətləniblər. Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
24
arena.az

10Mənbələr