AZ

Rusiya və Belarus liderləri ŞƏT sammitində görüşəcək

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında şəxsi görüşlər planlaşdırılır.

İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"ŞƏT sammiti onların görüşəcəyi yerdir", - Lavrov bazar günü "Belarus 1" telekanalının Putin və Lukaşenko arasında yaxın gələcəkdə şəxsi təmasların planlaşdırılıb-planlaşdırılmadığına dair sualına cavabında deyib.

“ŞƏT sammiti onların görüşəcəyi yerdir. Bizim müttəfiqlik, strateji tərəfdaşlıq münasibətlərimiz qarşılıqlılığa əsaslanır. Prezidentlərin İttifaq dövlətinin inkişafı, onun xarici siyasət fəaliyyəti ilə bağlı qəbul etdiyi bütün qərarlar qarşılıqlılıq prinsipinə əsaslanır və etdiyimiz hər şey maraqlar balansına əsaslanır. Bizim işimizin istənilən sahəsinində Rusiya ilə Belarus Respublikası arasında müttəfiqlik münasibətlərinin uğurunu təmin edən bu prinsipdir”, - deyə S. Lavrov deyib.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti iyulun 3-4-də Astanada keçiriləcək. Təşkilata üzv dövlətlərin başçıları sammit çərçivəsində siyasi, iqtisadi-ticari, mədəni-humanitar fəaliyyətlərin aktual məsələlərinin geniş spektrini nəzərdən keçirəcəklər.

Forumda müşahidəçi ölkələrin liderlərinin və dialoq üzrə tərəfdaşların iştirakı da gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
iqtisadiyyat.az

2Mənbələr