AZ

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb, 1 nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb, 15-ə yaxın heyvan tələf olub.

Hadisə Bakı-Qazax əsas magistral yolunun 178-ci km-də rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını Gəncə istqamətində hərəkətdə olarkən yoldan keçən qoyun sürüsünə çırpılıb. Nəticədə 15 başa yaxın xırdabuynuylu heyvan tələf olub.

Hadisə zamanı həmçinin çoban, 1972-ci il təvəllüdlü Quliyev Şamil Qəni oğlu ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
8
oxu24.com

10Mənbələr