AZ

Son gündə 1 qızıl və 1 gümüş

Serbiyanın Novi Sad şəhərində təşkil olunan güləş üzrə U-17 Avropa çempionatı yekunlaşıb.
Sport24.az xəbər verir ki, Azərbaycan yığması son gündə 2 medal qazanıb.
51 kq çəki dərəcəsində yarışan Muhamməd İsmayılov finalda Ralan Şoqenovla (AİN) üz-üzə gəlib. Daha inamlı təsir bağışlayan güləşçimiz 5:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Hüseyn İsmayılov (60 kq) finalda Muhammədin uğrunu təkrarlaya bilməyib. O, İbraqimqadji Maqomedov (AİN) görüşdə 1:2 hesabı ilə uduzaraq, çempionatın gümüş medalını sahib çıxıb.
Təsəlliverici görüşlərə qatılan Fəqan Fətiyev 45 (kq) bolqarıstanlı Kamen İvanova 6:3 hesabıyla qalib gəlib. O, bürünc medal uğrunda qarşılaşmada moldovalı İon Rusuya 4:10 hesabı ilə uduzub.
Qəzənfər Kazımlı (71 kq) təsəlliverici görüşdə irlandiyalı Deklan Blihi tam üstünlüklə (15:2) məğlub edib. Qəzənfər bürünc medal uğrunda görüşdə macar Mark Laposa ilə bacarmayıb (6:10).
Fərhad Süleymanlı (92 kq) təsəlliverici görüşdə macarıstanlı Yussef Solimandan 7:0 hesabı ilə üstün olub. O, bürünc uğrunda görüşdə uduzaraq, çempionatı medalsız başa vurub.
Qeyd edək ki, sərbəst güləş yığmamız çempionatın ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
sport24.az

3Mənbələr