AZ

Bakı-Naxçıvan aviareysinin qiyməti dəyişmədi müəyyən edildi

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin yüksək həddi tənzimlənib. Manset.az xəbər verir ki, bu barədə məlumat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında yer alıb. Azərbaycan Hava Yolları QSC-dən bildirilib ki, Bakı-Naxçıvan reysi üzrə biletlərin qiyməti dəyişməz qalıb. Biletlərin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün 70 manatdır. Həmçinin, Bakı-Füzuli/Füzuli-Bakı və Bakı-Zəngilan / Zəngilan-Bakı ölkədaxili sərnişindaşıma xidmətlərinin yeni tarifləri də yenilənib. Belə ki, Bakı-Füzuli /Füzuli-Bakı -78 manat və Bakı-Zəngilan / Zəngilan-Bakı -83 manat olub.

İstiqamətlər

Tariflər (ƏDV daxil, manatla)Ə

1.

Bakı-Naxçıvan / Naxçıvan-Bakı

70.00

2.

Naxçıvan-Gəncə / Gəncə-Naxçıvan

60.00

3.

Bakı-Gəncə / Gəncə-Bakı

84.00

4.

Bakı-Qəbələ / Qəbələ-Bakı

65.00

5.

Bakı-Füzuli / Füzuli-Bakı

78.00

6.

Bakı-Zəngilan / Zəngilan-Bakı

83.00

7.

Bakı-Lənkəran / Lənkəran-Bakı

65.00

8.

Bakı-Zaqatala / Zaqatala-Bakı

84.00

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
24
manset.az

10Mənbələr