AZ

"Turan Tovuz"un hədəfi açıqlandı - Konfrans Liqasının qrup mərhələsi!

"Turan Tovuz" premyer-liqanın növbəti mövsümünə hazırlığı davam etdirir. "Football-plus.az" xəbər verir ki, klub bu yöndə görülən işlər çərçivəsində məşqçilər korpusunu açıqlayıb.

Yeni tərkibdə rusiyalı mütəxəssis Andrey Mastruya da var. Maraqlıdı ki, "scor.md" 42 yaşlı məşqçinin yeni iş yerini açıqladığı xəbərdə "Turan Tovuz"un yeni "futbol ili" üçün hədəflərindən də bəhs edib. Nəşr klub rəhbərliyinin baş məşqçi Kurban Berdiyev və köməkçilərinin qarşısına Konfrans Liqasının qrup mərhələsinə qədər irəliləmək hədəfi qoyduğunu bildirib.

Qeyd edək ki, Kurban Berdıyevə Cavid Hüseynov və Andrey Matsyura kömək edəcək. Yakov Erlix fiziki hazırlıq üzrə, Yevgeni Şetinin isə qapıçıların hazırlığı üzrə məşqçi vəzifəsini icra edəcək.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
football-plus.az

1Mənbələr