AZ

Ər-arvad evtanaziya ilə həyatlarına son qoydular


Hollandiyada yaşayan 71 yaşlı demans xəstəsi Els və belindən əməliyyat olunan, lakin sağalmayan Jan evtanaziya ilə həyatlarına son qoyublar.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, 50 ilə yaxındır evli olan cütlük uşaq bağçasında tanış olub və ömür boyu birlikdə olublar.

Ömürlərinin son günlərini Hollandiyanın şimalındakı Frislandda günəşli bir marinada keçirdiklərini bildirən cütlük demans və bel ağrısı diaqnozu qoyulduqdan sonra evtanaziya haqqında danışmağa başladıqlarını deyiblər.

Hollandiyada evtanaziya qanuni sayılır. Evtanaziya tələb edən hər bir şəxs iki həkim tərəfindən qiymətləndirilir.

2023-cü ildə Hollandiyada 9 min 68 adam evtanaziya ilə həyatına son qoyublar. Bu rəqəm ümumi ölüm sayının təxminən 5 faizini təşkil edir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
news24.az

2Mənbələr