Azərbaycanda ölkədaxili uçuşlar üçün biletlərin qiyməti artırılıb.
FED.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı ilə bir sıra bölgələrə uçuş tarifləri müəyən edilib, mövcud tariflər isə artırılıb.
Belə ki, ən böyü tələbat olan Bakı-Naxçıvan reyslərinə uçuş qiyməti indiki 60 manatdan 70 manata artırılıb.
Digər şəhər və rayonlara təyyarə uçuşlarının qiyməti aşağıdakı kimi müəyyən edilib.
Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri (əks istiqamət üzrə eyni olmaqla)
№ | İstiqamətlər | Tariflər (ƏDV daxil, manatla)Ə |
1. | Bakı-Naxçıvan / Naxçıvan-Bakı | 70.00 |
2. | Naxçıvan-Gəncə / Gəncə-Naxçıvan | 60.00 |
3. | Bakı-Gəncə / Gəncə-Bakı | 84.00 |
4. | Bakı-Qəbələ / Qəbələ-Bakı | 65.00 |
5. | Bakı-Füzuli / Füzuli-Bakı | 78.00 |
6. | Bakı-Zəngilan / Zəngilan-Bakı | 83.00 |
7. | Bakı-Lənkəran / Lənkəran-Bakı | 65.00 |
8. | Bakı-Zaqatala / Zaqatala-Bakı | 84.00 |