Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərar verib.
APA-nın xəbərinə görə, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla hər kiloqram üçün 0,30 manat məbləğində təsdiq edilib.
№ | İstiqamətlər | Tariflər (ƏDV daxil, manatla)Ə |
1. | Bakı-Naxçıvan / Naxçıvan-Bakı | 70.00 ₼ |
2. | Naxçıvan-Gəncə / Gəncə-Naxçıvan | 60.00 ₼ |
3. | Bakı-Gəncə / Gəncə-Bakı | 84.00 ₼ |
4. | Bakı-Qəbələ / Qəbələ-Bakı | 65.00 ₼ |
5. | Bakı-Füzuli /Füzuli-Bakı | 78.00 ₼ |
6. | Bakı-Zəngilan / Zəngilan-Bakı | 83.00 ₼ |
7. | Bakı-Lənkəran / Lənkəran-Bakı | 65.00 ₼ |
8. | Bakı-Zaqatala / Zaqatala-Bakı | 84.00 ₼ |