AZ

Polis 13 yaşlı oğlanı güllələdi


ABŞ-ın Nyu-York şəhərində təhlükəsizlik qüvvələrinə oyuncaq silah tuşlayan 13 yaşlı gənc polis tərəfindən vurularaq öldürülüb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə böyük reaksiyaya səbəb olub.

İyunun 28-i axşam saatlarında Nyu-York polisi silahlı quldurluqla bağlı aparılan istintaq çərçivəsində iki uşağı saxlayıb.

Polis rəsmiləri bildiriblər ki, 13 yaşlı iki uşaq ötən gün eyni ərazidə və eyni vaxtda baş verən silahlı quldurluqda şübhəli bilinən şəxslərin təsvirləri ilə üst-üstə düşüb.

Polisin paylaşdığı videoda görünür ki, 13 yaşlı Niyah Mvay üzərində axtarış aparılmağa hazırlaşarkən qaçmağa başlayıb.

Şəhər polis rəisi Mvayın qaçarkən polisə silah tuşladığını deyib. Polis yeniyetməni tutarkən müqavimətlə üzləşib. Bunu görən digər polis məmuru silaha əl atıb bə Mvayı güllələyib. O, aparıldığı xəstəxanada dünyasını dəyişib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, uşağın əlindəki silah oyuncaqdır. Mvayın sinəsindən atəş açan polis məmuru uşağın əlindəki silahın gerçək olduğunu düşündüyünü deyib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
4
news24.az

4Mənbələr