Cəlilabad rayonunda 51 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması planlaşdırılır.
KONKRET.az-ın məlumatına görə, yolların ümumi uzunluğu 127 kilometr təşkil edir.
Ümumilikdə isə, sözügedən yollar üzərində 55 min əhali yaşayır.
Yenidənqurma işlərinə maliyyə vəsaiti ayrılan kimi, növbəli şəkildə başlanacağı bildirilir.