AZ

Keyn rəsmi görüşlərdə Şiltonu arxada qoyub

Harri Keyn İngiltərə yığmasının heyətində rəsmi oyunlarda rekordçu olub.

İdman.biz xəbər verir ki, o, millinin heyətində 79-cu dəfə rəsmi matçda meydana çıxıb.

Keyn ABRO-2024-ün 1/8 finalında Slovakiyaya qarşı qarşılaşmada yeni rekorda imza atıb. Harri bu göstəricidə qapıçı Peter Şiltonu arxada qoyub. Amma Şilton yığmadakı ümumi oyun sayında liderliyi əlində saxlayıb. O, 125 dəfə ölkə millisinin formasını geyinib.

Qeyd edək ki, ilk hissədən sonra İngiltərə Slovakiyaya 0:1 hesabı ilə uduzur.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
idman.biz

1Mənbələr