AZ

Müntəzəm şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşımanın qiyməti dəyişdi

“Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri” təsdiq edilib.

İqtisadiyyat.az-ın xəbərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib.

Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpik təsdiq edilib.

Bakı şəhəri-Abşeron rayonu (Abşeron rayonu-Bakı şəhəri), Sumqayıt şəhəri-Abşeron rayonu (Abşeron rayonu-Sumqayıt şəhəri) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə, bu Qərarın 1-ci hissəsi ilə Bakı, Xırdalan və Sumqayıt şəhərlərinin inzibati ərazisidə müəyyən olunan şəhərətrafı və qəsəbələrarası marşrutlar üzrə tariflərin yuxarı həddində təsdiq edilib.

Abşeron rayonu, Sumqayıt və Bakı şəhərləri arasında müntəzəm avtobus marşrutları istisna olmaqla, digər müntəzəm şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik təsdiq edilib.

Müəyyən edilib ki, sərnişinlərin üç ölçüsünün cəmi 120 sm-dək (60 sm x 40 sm x 20 sm) olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünün (5-10 yaş arası uşaqlar üçün çəkisi 10 kiloqram), uşaq arabasının və əlilliyi olan sərnişinlərin əlil arabasının və onların hərəkətliliyini və ya reabilitasiyasını təmin etmək üçün zəruri olan digər vasitələrin daşınması üçün daşıma haqqı ödənilmir.

Bu Qərar nəzərə alınmaqla, müntəzəm şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında baqajın daşınması xidmətlərinin tarifləri hər on kilometr məsafə üzrə bir kiloqram çəki üçün 0,08 qəpik təsdiq edilib.

Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
13
iqtisadiyyat.az

10Mənbələr