AZ

Diakabi "Qarabağ"ı Türkiyə klubuna dəyişdi

Bu yay “Qarabağ”dan ayrılan Adama Diakabinin yeni klubu bəlli olub.

Fanat.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

O, Türkiyə I Liqa təmsilçisi “Bandırmaspor”a keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, 2023-cü ilin yanvarından bu ilin iyununa kimi “Qarabağ”da çıxış edən fransalı futbolçu Ağdam klubunda 33 matçda 7 qol vurub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
fanat.az

1Mənbələr