AZ

Bioloq "gələcəyin həbsxanası"nı təklif edib - Cinayətkarlar cəhənnəmi xatırladan bir neçə dəqiqə ərzində islah ediləcək

"Cinayətkar törətdiyi cinayət haqqında parlaq və gerçək xatirələri yaşamalı olacaq..."
 
Alimlər cinayətkarları onların qurbanlarının xatirələrinin köməyi ilə islah etmək istəyir
 
Yəmən biotexnoloqu Həşim Əl-Hayli "gələcəyin həbsxanası" konsepsiyasını təqdim edib. Onun sözlərinə görə, bu konsepsiya cinayətkarlara qurbanlarının əzablarını yaşamağa məcbur edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti yazıb.
 
Güman edilir ki, belə üsul məhkum edilənlərin illər və ya onilliklər deyil, bir neçə dəqiqə ərzində islah edilməsinə kömək edəcək.
 
Alimin "Cognify" adlandırdığı "gələcəyin həbsxana"sı virtual gerçəkliyə bənzəyən qurğudur.
 
Əvvəlcə  məhbusun sinir sisteminin müfəssəl xəritəsini yaratmaq üçün onun beyni skan ediləcək. 
 
Bu məlumatlar "Cognify" qurğusuna beynin hafizə, mükalimə və məntiqi düşüncəyə cavab verən müəyyən sahələrinə təsir göstərməyə imkan verəcək. 
 
Daha sonra beyinə implant yeridilir, o da süni intellekt tərəfindən yaradılan şəkilləri yayımlayacaq. Cinayətkar törətdiyi cinayət haqqında "parlaq və gerçək" xatirələri görəcək, amma bu, elə olacaq ki, o, özünü öz qurbanının yerində hiss edə bilsin.
 
Vizual effektlərdən başqa, bu sistem həmçinin fiziki reaksiya törədə biləcək, bu da məhkum edilənə zərərçəkəni məruz qoyduğu ağrı və əzabları keçirməyə imkan verəcək.
 
Ciyanətin və hökmün ciddiliyindən asılı olaraq "film" konkret məhbusa adaptasiya olunacaq.
 
Güman edilir ki, Berlindən olan molekulyar biotexnoloq Həşim Əl-Hayli tərəfindən işlənib hazırlanan konsepsiya terapiya seansının uzunmüddətli effektini və bu xatirələrin daimi olmasını təmin edəcək.
 
"Nə zamansa "Cognifity" süni xatirələri yaradaraq onları birbaşa məhbusun beyninə yeridə biləcək. Bu mürəkkəb, parlaq və gerçək xatirələr gerçək zamanda süni intellekt tərəfindən yaradılan kontentdən istifadə edilməklə generasiya ediləcək. Reabilitasiyanın bir neçə dəqiqə davam etməsinə rəğmən, cinayətkara bu, illər kimi görünəcək", - bu barədə layihənin prezentasiyası zamanı bəyan edilib.
 
"Bəzi xatirələr qurbanın ailəsinin kədəri və ya qurbanın keçirdiyi fiziki və emosional travmalar kimi zorakı hərəkətlərin uzunmüddətli nəticələrini modelləşdirə biləcək", - ekspertlər qeyd edib.
 
Hazırda ABŞ-da 1, 7 milyondan çox insan həbsdədir. Hakimiyyət həbsxananın hüquq pozucularını gələcək cinayətlərdən çəkindirdiyini bəyan etməsinə rəğmən, 2021-ci ildə aparılan 100-dən artıq tədqiqat göstərib ki, həbsxana təkrar cinayətlərin qarşısını almır.
 
Bu faktları nəzərə alan Əl-Hayli "Gələcəyin həbsxanası" konsepsiyasını yaradıb və hesab edir ki, bu, cinayətkara öz keçmişindən dərs almağa və bir daha cinayət törətməməyə kömək edəcək.
 
Altı dəqiqəlik prezentasiya çarxı divar yanında 19 kapsul olan ağ otağa görünüşdən başlayır. Onların hər birinin içərisində başında "Cognify" qurğusu olan kişilər dayanıb, həm də gözlərində displey və qulaqlarında qulaqcıqlar var. Bu qurğular cinayətkarları süni intellekt tərəfindən yaradılan xatirələrə qərq edir. 
 
"Cognify"nun köməyilə implant edilən süni xatirələr asanlıqla beynin mövcud neyron şəbəkəsinə inteqrasiya ediləcək, bununla da koqnitiv diassonansın qarşısını alacaq və subyektin xatirələri gerçəkdə olduğu kimi qəbul etməyə zəmanət verəcək", - təsvirdə deyilir.
 
Məhbuslar öz cinayətləri haqqında parlaq xatirələri yaşadıqca, mərkəzi kompüter onları bu cinayətə nəyin sövq etdiyini anlamaq üçün məlumatlar toplayır. 
 
Videoda qeyd edilir ki, "Cognify" qurğusu hər bir məhbus barədə konfidensial məlumatlar və onun reabilitasiyası üçün şifrəli saxlanca malik olacaq".
 
"Cognify" konsepsiyası cinayət ədalət məhkəməsində uzunmüddətli həbs cəzasının zəruriliyini və bununla bağlı məsrəfləri azaltmaqla inqilab edə biləcək.
 
Ənənəvi həbsxanalar onların inşası, saxlanılması, şəxsi heyətlə komplektləşdirilməsi,
qidalanma, səhiyyə xidməti və reabilitasiya proqramları da daxil olmaqla məhbuslara qulluq məsələlərinə xeyli büdcə vəsaiti tələb edir. 
 
Uzunmüddətli həbs cəzalarını süni hafizənin implantasiya edilməsi üsulu ilə qısa reabilitasiya ilə əvəzlənməsi həbsxanalar və məhbusların saxlanılmasına məsrəfləri xeyli azaltmağa kömək edəcək", - videoda deyilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
moderator.az

1Mənbələr