AZ

Spaletti istefaya göndərilməyəcək

Luçano Spalletti İtaliya yığmasını tərk etməyəcək. 

 

Bizim.Media xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina bildirib. 

 

Qurumun rəhbəri AVRO-2024-də uğursuz çıxış edən "Skaudra Adzurra"nın çalışdırıcısına etimad göstərdiklərini deyib:

 

"Spalettiyə tam güvənirik. Onunla davam edəcəyik. Biz heç yığmanın heyətində böyük turnirlərdə oynamayan futbolçularla Avropa çempionatında qələbəyə iddia etmirdik".

 

Qeyd edək ki, Spalletti 2023-cü ilin avqustundan İtaliya yığmasına rəhbərlik edir. Komanda onun rəhbərliyi ilə Avropa çempionatının 1/8 finalında İsveçrəyə uduzub – 0:2.

Seçilən
77
1
ednews.net

4Mənbələr