AZ

"Qarabağ"dan ayrılan Diakabinin yeni klubu bilindi

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.

QOL.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 1-ci liqa təmsilçisi “Bandırmaspor”a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, 2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi bu ilin iyununda komandadan ayrılıb. Fransalı futbolçu Ağdam klubunda 33 matçda 7 qol vurub. 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
4
525.az

8Mənbələr