![Gəncədə](https://azertag.az/files/2024/2/1200x630/1719763890357602928_1200x630.jpg)
Gəncə, 30 iyun, AZƏRTAC
Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "NIVA" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü Əli Məmmədlini və 2009-cu il təvəllüdlü İsmayıl Məmmədovu vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib, onlardan Ə.Məmmədli xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.