Bu gün AVRO-2024-də 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, pley-offun ikinci günü Helzenkirhendə başlayacaq.
İngiltərə millisi Slovakiya ilə üz-üzə gələcək. AVRO-2020-nin finalçısı matçın favoriti sayılır. Futbolun yaradıcıları çətin rəqib sayılan slovakiyalıları keçmək üçün meydana çıxacaq.
Qeyd edək ki, günün digər matçında İspaniya ilə Gürcüstan qarşılaşacaq.
AVRO-2024
1/8 final
30 iyun
20:00. İngiltərə - Slovakiya 0:0 (Birinci hissə)
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Helzenkirhen. “Aufşalke Arena”