AZ

Nizami rayonunda piyada səkiləri pivəxanalara satılır - Foto » AzadMedia.az


Yay fəsli gələndə müvafiq qurumlarla hansısa maraqlar qarşısında "anlaşma" yaranır, nəticədə piyada səkiləri, dayanacaqlar zəbt edilir. Ötən il piyada səkisi və dayanacaqları pivəxanalara çevirən ərazilərdən çox yazdıq. Tədbir görənlər də oldu, göstəri üçün 1 gün yığışdırıb, yenə fəaliyyətinə davam edənlər də. Sosial mediada yayılan fotolardan görünür ki, piyada səkisinin pivəxanaya çevrilmə ənənəsi davam edir. Bu dəfə piyadalara səki Babək prospektində çox görülüb. Fotolardan da görünür ki, piyada səkisinin ortasında stol qoyub pivəxana ediblər. Piyadalar da məcbur qalıb sürətlə şütüyən avtomobillərin yolu ilə gedir.

Fotonun müəllifi Elyar İslamoğlunun yazdığına görə təxmini ünvan Babək prospekti 53--dir.
İnanırıq ki, Nizami Rayon İcra Hakimiyyətində əlaqədar şəxslərin xəbəri yox idi, saytımız vasitəsilə xəbər tutub, piyadalara səki haqqı tanıyacaqlar.
Elnurə Abuşova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
azadmedia.az

2Mənbələr