AZ

Müxtəlif irqlərdən olan qadınların orqnında daha bir fərq aşkar edilib

Amerikalı alimlər qrupu müxtəlif irqlərdən olan qadınların çanaq orqanlarının struktur xüsusiyyətlərinə malik olduğunu üzə çıxaran bir araşdırma aparıb. Xüsusilə, qara dərili qadınlar endometriumun fərqli qalınlığına malikdirlər.

 

Aztibb.az xəbər verir ki, elmi işin nəticələri “JAMA Oncology” jurnalında dərc olunub. Onlar göstəriblər ki, Neqroid irqinin nümayəndələrində transvaginal ultrasəs müayinəsi həmişə düzgün nəticə vermir. Təcrübə zamanı xəstələrin təqribən 20%-nin endometrial qalınlığı normal idi, lakin digər testlərin nəticələrinə əsasən onlara artıq endometrium xərçəngi diaqnozu qoyulmuşdu.

 

Həkimlər bildiriblər ki, qara dərili xəstələrdə endometrial xərçəng riskini istisna etmək üçün toxuma biopsiyasının aparılması son dərəcə vacibdir, çünki tək transvaginal ultrasəs kifayət deyil.

 

Məlum olub ki, ştatlarda afro-amerikalı qadınlarda xərçəngin bu növü açıq dərili qadınlara nisbətən gec mərhələdə aşkarlanır. Alimlər hesab edirlər ki, əsas səbəb endometriumun qalınlığının azalmasıdır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
aztibb.az

2Mənbələr