AZ

Zelenski ABŞ-dan GİLEYLƏNDİ: "Bu, geriyə gedən yoldur"

ABŞ Rusiya Prezidenti Vladimir Putini qıcıqlandırmamaq üçün Ukraynanın NATO-nun növbəti sammitinə dəvət edilməsinin tərəfdarı deyil.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “The Philadelphia Inquirer” nəşrinə müsahibəsində bildirib.

Zelensikinin sözlərinə görə, bu gün Ukraynanın NATO-ya üzvlüyü nə hazırkı Prezident Bayden, nə də ABŞ prezidentliyinə namizəd Donald Tramp tərəfindən dəstəklənmir.

“Biz başa düşürük. Ağ Ev bizlə bu barədə açıq danışır. Hər iki tərəfin fikirlərini bilirik və bu, onu deməyə əsas verir ki, bu gün hamı Ukraynanı NATO-da görmür”, - deyə Zelenski vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
13
publika.az

10Mənbələr