AZ

Dünyada 9 500-dən çox nüvə başlığı potensial istifadəyə hazırdır


Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2024-cü il hesabatına görə, ölkələrin inventarında olan 12 121 döyüş başlığından 9 585-i potensial istifadə üçün hərbi ehtiyatlarda saxlanılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Ötən ilki hesabata görə 12 500-dən çox olan nüvə başlıqlarının sayının azalması əsasən ABŞ və Rusiyanın istifadə olunmayan döyüş başlıqlarını ləğv etməsi ilə bağlıdır.
Ölkələrin inventarlarında olan istifadəyə hazır potensial döyüş başlıqlarından təxminən 2 100-ü ballistik raketlərlə bağlı yüksək əməliyyat hazırlığında saxlanılır. Bu döyüş başlıqlarının demək olar ki, hamısının Rusiya və ya ABŞ-a aid olduğu qeyd edilərkən, Çinin ilk dəfə olaraq bu siyahıya daxil olduğu bildirilir.
SIPRI-nin məlumatına görə, ölkələrin hərbi ehtiyatlarında olan 9 585 nüvə başlığının 4 380-i Rusiya ordusunun inventarındadır, ABŞ ordusu isə 3 708 nüvə başlığı ilə ikinci yerdədir.
Digər tərəfdən, istifadəyə hazır nüvə başlıqlarına görə ABŞ 1 770-lə birinci, Rusiya isə 1 710-la ikinci yerdədir.
Hər iki sahədə ilk iki yeri bölüşən ABŞ və Rusiyadan sonra digər ölkələrin inventarlarına nəzər salsaq, Çin 500, Fransa 290, İngiltərə 225, Hindistan 172, Pakistan 170, İsrail 90 və Şimali Koreyaya 50 nüvə başlığına malikdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
yeniavaz.com

1Mənbələr