AZ

Kreml başa düşür ki, NATO-ya hücum etsə... - AÇIQLAMA

Kreml başa düşür ki, Rusiya Şimali Atlantika Alyansına (NATO) üzv olan ölkələrə hücum etsə, müharibəni uduzacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Conson "Bild" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hakimiyyətin Rusiya ilə qarşıdurma kursu götürməsinə baxmayaraq, ölkədə NATO-ya üzvlüklə bağlı ictimai dəstək hələ də çox yüksəkdir və demək olar ki, 70%-dir.

“Əlbəttə, İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın davranışının nəticəsidir. Əgər Rusiyanın İsveç və Finlandiya ilə bağlı bir məqsədi var idisə, bu, bizim NATO-ya daxil olmağımıza mane olmaq idi”, - nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
bakivaxti.az

4Mənbələr