AZ

"Təhlükəli eskalasiya: Rusiya Ukraynada hücumunu gücləndirir və Qərbi təhdid edir" - "Politico"

"Qərb müttəfiqlərinin Rusiyanın hücumlarını dayandırmaq üzrə tədbirləri və Kremlin potensial cavabı təhlükəli eskalasiyaya gətirib çıxara bilər, bu da Rusiya ilə NATO arasında birbaşa qarşıdurma təhlükəsini artırır..."
 
Qərbin Ukraynaya dəstəyinin güclənməsi və Kremlin potensial cavabı təhlükəli eskalasiyaya gətirib çıxara bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri yazıb.
 
2024-cü ilin yayında Rusiya qoşunları tədricən, amma durmadan Ukraynanın kifayət qədər silah və hərbçilərlə möhkəmləndirilməyən müdafiəsini yarır, Ukraynanın müttəfiqlərini Kiyevə dəstək üçün daha çox silah və yeni strategiyalar axtarmağa sövq edir.
 
Bu, birbaşa və ya dolayısı ilə Vladimir Putinin Qərbə cavab vermək üçün yeni təhdidlərinə gətirib çıxarıb.
 
Qeyd edilir ki, Qərb müttəfiqlərinin hücumu dayandırmaq üzrə tədbirləri və Kremlin potensial cavabı təhlükəli eskalasiyaya gətirib çıxara bilər, bu da Rusiya ilə NATO arasında birbaşa qarşıdurma təhlükəsini artırır.
 
Rusiyanın sınaq hücumu
 
Jurnalistlərin sözlərinə görə, Rusiya özünün atəş gücünün üstünlüklərindən ABŞ tərəfindən yardım göstərilməsində ləngimələr fonunda istifadə edib və 1000 km-lik cəbhə xətti boyunca bir neçə sahələrdə hücumlarını gücləndirib.
 
Nisbətən böyük olmayan bölmələr Ukrayna müdafiəsinin zəif yerlərini arayaraq potensial olaraq daha genişmiqyaslı hücum üçün zəmin yaradır.
 
Volçanska hücum, görünür ki, öz tempini itirib. Lakin Rusiya Donetsk vilayətində, o cümlədən strateji Çasov Yar şəhəri ətrafında tədricən, amma inamla irəliləyib.
 
Analitiklər deyir ki, bu şəhərin süqutu həlledici hərbi qovşaqlar olan Slavyansk və Kramatorsk şəhərlərinə təhlükə törədəcək.
 
Eyni zamanda, Putin bəyan edir ki, Moskva tez qələbələrə can atmır və indiki tədrici irəliləmək strategiyasına əməl edəcək.
 
Birləşmiş Xidmətlər Kral İnstitutundan Cek Uotlinq bəyan edib ki, Rusiya Ukrayna qoşunlarını geniş cəbhə boyunca səpələyir. Zərbələrin genişliyi Ukraynanı Rusiyanın ardıcıl hücumlarını dayandırmaq üçün öz artilleriyasını paylamağa və döyüş sursatlarını xərcləməyə vadar edir.
 
"Rusiyanın məqsədi tezliklə böyük sıçrayışa nail olmaq deyil, böyük ehtimalla, Ukraynanın onun cəbhə boyunca kilometrlərlə yorulmadan irəliyə gedə biləcəyi ilə bağlı əminliyidir", - ekspert vurğulayıb.
 
Uotlinq qeyd edib ki, hava hücumundan müdafiə vasitələrinin qıtlığı Ukraynanı çətin seçim qarşısında qoyur: bu vasitələri kritil mühüm infrastrukturunun müdafiəsinə yönəltmək və ya cəbhədə qoşunlarını müdafiə etmək.
 
"Rusiyanın uzaq məsafələrə zərbələr kampaniyasının davam etdirilməsi o deməkdir ki, cəbhə tək uzununa deyil, həm də eninə genişlənir", - o, deyib.
 
Qərb münasibət bildirir, Kreml cavab verir
 
Müəlliflər vurğulayır ki, Vaşinqton və NATO üzrə bəzi müttəfiqlər hücuma münasibət bildirərək Kiyevə Qərb silahından Rusiya ərazisinə məhdud zərbələr endirməyə icazə verib.
 
Bəzi Qərb məmurları iddia edir ki, Kiyevin onların silahından Rusiyanın istənilən nöqtəsindəki hərbi obyektlərə hücumlar üçün istifadə etmək hüququ var.
 
Makron və NATO üzvü olan Baltikyanı ölkələrin liderləri həmçinin Ukraynada qoşun yerləşdirilməsi barədə danışıb.
 
Eyni zamanda, Putin xəbərdarlıq edir ki, bu, ciddi eskalasiya demək olacaq və dünyanın digər hissələrində Qərbin düşmənlərinə silah verəcəyi ilə təhdid edir.
 
O, bu dəlilini möhkəmləndirmək üçün Şimali Koreya ilə qarşılıqlı müdafiə haqqında müqavilə imzalamaqla Pxenyana silah tədarükü üçün qapıları açıq saxlayıb.
 
Nüvə təhlükəsi və Putinin uzun oyunu
 
Putin bəyan edib ki, NATO Rusiyanın öz nüvə arsenalını tətbiq etməyəcəyini hesab etməklə yanılır. O, vurğulayıb ki, Rusiya öz suverenliyi və ərazi bütövlüyünə təhlükə olacağı tədqirdə "bütün vasitələri" tətbiq edəcək. 
 
Putin həmçinin xəbərdarlıq edib ki, Moskva nüvə silahının nə zaman tətbiq ediləcəyini müəyyən edən öz doktrinasına mümkün dəyişikliklər edilməsi üzərində düşünür. Bunu vurğulamaqla Rusiya Belarusun iştirakı ilə döyüş nüvə silahı ilə hərbi təlimlər keçirib.
 
Putinin sözlərinə görə, Ukraynada hərbi məğlubiyyət Rusiya dövlətçiliyinə ölümcül zərbə vurar, o, öz məqsədlərinə nail olmaq üçün "'sonadək" gedəcəyini vəd edib. 
 
Rusiyanın bəzi şərhçiləri  Putini NATO ölkələri tərəfindən Kiyevə dəstəyin gücləndirilməsinə qətiyyətlə cavab verməməkdə və bununla da Qərbə "qırmızı xətləri" keçməyə imkan verməkdə tənqid edib.
 
Bəziləri iddia edib ki, əgər Ukraynanın Rusiyanın dərinliklərinə Qərbin uzaqmənzilli raketləri ilə zərbələrdən dəyən zərər artarsa, Moskva NATO obyektlərinə zərbələr vurmalı olacaq.
 
Müdafiə məsələləri üzrə moskvalı analitik Vasili Kaşin hesab edir ki, "qanadlı raketlərlə Rusiyanın dərinliyindəki ərazilərə zərbələr xeyli itkilərə səbəb olarsa,  Putin nəsə etməli olacaq".
 
O, vurğulayıb ki, Rusiya Qərb dronlarına və ya Amerikanın casus peyklərinə hücum etməklə cavab verə bilər və ya xarici ərazilərdə NATO-nun bəzi ölkələrinin obyektlərinə zərbələr endirə bilər.
 
Rusiyanın digər şərhçiləri iddia edir ki, NATO ilə birbaşa münaqişəyə sövq edəcək hərəkətlər Moskvanın maraqlarına cavab vermir. 
 
Təhlükəsizlik məsələləri üzrə moskvalı analitik Sergey Poletayev bəyan edib ki, Kreml Ukraynanın resurslarını daima tükəndirməyə can ataraq, Kiyevi Rusiyanın şərtlərilə sülh sazişinə məcbur etmək istəyir.
 
Böyük hücum üçün resurslara malik olmayan Kreml tədricən irəliləmək yolunu seçib, bu məqsədlə "Ukraynaya təzyiqi saxlamaqla Qərbi hərbi əməliyyatlara birbaşa müdaxilədən çəkindirir. Biz qələbə ilə nüvə savaşı arasında zərgər dəqiqliyi ilə seçim etməliyik", - Poletayev deyib.
 
Rusiya ilə müharibə-son xəbərlər
 
30 iyuna olan məlumata görə, Ukrayna qüvvələri Kamennaya yaxınlığında itirdikləri mövqeləri bərpa edib, Rusiya işğalçıları isə Kupyansk, Çasov Yar, Toretsk və Donetsk şəhərində irəliləyib. 
 
Hərbi-hüquqi tədqiqatlar Mərkəzinin direktoru, hərbi ekspert Aleksandr Musiyenko hesab edir ki, Rusiyanı sülhə məcbur etməyin ən vacib şərti Ukrayna üçün ön cəbhədə müsbət dəyişikliklər ola bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
moderator.az

1Mənbələr