AZ

İPL təmsilçisi klub tarixinin ən bahalı transferini reallaşdırdı- MƏBLƏĞ

İngiltərənin "Brayton" klubu "Nyukasl"ın hücumçusu Yankuba Minte ilə müqavilə imzalayacaq.

Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Xəbərə görə, "Nyukasl" 19 yaşlı qambiyalı futbolçusunu maliyyə feyr-pley qaydalarını pozmamaq üçün satmaq qərarına gəlib. "Sağsağanlar" artıq oyunçunun müqavilə şərtlərini razılaşdırıb. "Nyukasl" Mintanın transferi üçün rekord məbləğdə - 33 milyon funt-sterlinq ödəyəcək.

"Brayton"un ən bahalı transfer əməliyyatı ötən yayda baş tutub. Joau Pedru üçün klub "Uotford"a təxminən 30 milyon funt sterlinq ödəyib.

Mirağa 

Seçilən
112
fanat.az

1Mənbələr