Türkiyənin İzmir şəhərinin Torbalı rayonundakı binalardan birində partlayış baş verib.Mediaxeberleri.Az xəbər verir ki, hadisənin yerli vaxtla 15:00 (Bakı vaxtı ilə 16:00) radələrində binanın zəmin qatındakı mağazada baş verdiyi bildirilib.Torbalının bələdiyyə sədri Övünç Demir hadisə nəticəsində 4 nəfərin öldüyünü, 10-u ağır olmaqla, 20 nəfərin isə yaralandığını açıqlayıb. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta