AZ

Hepatology International: Arıq insanlar yağlı qaraciyər xəstəliyi ilə daha çox üzləşirlər

“Hepatology International” nəşrində dərc olunan bir araşdırma, alkoqolsuz yağlı qaraciyər xəstəliyi (NAFLD) olan arıq insanların GDF-15 zülalının (Growth Differentiation Factor 15) çatışmazlığı səbəbindən ağır xəstəlik riskinin artması ilə daha çox üzləşdiyini müəyyən edib.

 

Aztibb.az qeyd olunan nəşrə istinadən xəbər verir ki, bu xətəlik dünya əhalisinin təxminən üçdə birində diaqnoz qoyulur və tez-tez artıq çəki, piylənmə və tip 2 diabet ilə əlaqələndirilir. Bununla belə, NAFLD olan xəstələrin təxminən 20% -i artıq çəkili deyil, bu da onları xüsusilə həssas edir. Tədqiqatçılar müəyyən ediblər ki, bu qrup xəstələrdə orqanizmin hüceyrələrini zədələnmədən qorumaqda əsas rol oynayan GDF-15 zülalının səviyyəsi azalıb.

 

GDF-15 zülalı hüceyrələrə NAFLD səbəb olduğu iltihab və zərərin öhdəsindən gəlməyə kömək edir. Onun çatışmazlığı reaktiv oksigen növlərinin yığılmasına və qaraciyərdə iltihablı proseslərin artmasına səbəb ola bilər ki, bu da son nəticədə xəstələrdə ağırlaşmalar və ölüm riskini artırır.

 

Bu yeni məlumatlar NAFLD patogenezində GDF-15-in roluna dair əlavə tədqiqatların vacibliyini və bu ümumi qaraciyər xəstəliyi olan xəstələrin proqnozunu yaxşılaşdırmağa yönəlmiş yeni müalicə üsullarının inkişaf etdirilməsi imkanlarını vurğulayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
aztibb.az

1Mənbələr