AZ

Marsel “Olimpik”inin oyunları öncəsi çıxış edən pianoçu vəfat etdi

Marsel “Olimpik”inin oyunları öncəsi pianoda ifaları ilə çıxış etməklə məşhur 19 yaşlı musiqiçi Murad Tsimpu vəfat edib.

Arena.az bu barədə Marsel “Olimpik”inin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumdur ki, gənc musiqiçi Şənbə günü, iyunun 29-da Parisin Nekker Uşaq Xəstəxanasında uşaqlıqdan əziyyət çəkdiyi nadir qaraciyər xəstəliyindən dünyasını dəyişib. Murad Tsimpu hələ xəstəxanada olarkən, 15 yaşında pianoda ifaları ilə diqqət çəkib, daha sonra Marsel “Olimpik”inin ev stadionu “Velodrom”da, komandanın oyunları öncəsi ifaları ilə məşhurlaşıb.

Murad Tsimpu İstedadı müqabilində “Pianonun Zidanı” (Zidane du piano) ləqəbilə pərəstişkarları arasında tanınaraq sevilib.

Marsel “Olimpik”i klub adından musiqiçinin ailəsinə və yaxınlarına başsağlığı verib:

“Mavi-ağlar”, Marselə və “Olimpikə” sevgisini heç kimsənin edə bilmədiyi kimi, öz fortepianosu ilə ifadə edən bir oğlanın xatirəsini qoruyub saxlayacaq.

Marsel “Olimpik”i mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, – gənc musiqiçinin vəfatı ilə əlaqədar Marsel klubunun başsağlığında deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
arena.az

1Mənbələr