AZ

İzmirdə dəhşətli partlayış: 4 ölü, 20 yaralı var

Türkiyənin İzmir şəhərinin Torbalı rayonundakı binalardan birində partlayış baş verib.

Publika.az xəbər verir ki, hadisənin yerli vaxtla 15:00 (Bakı vaxtı ilə 16:00) radələrində binanın zəmin qatındakı mağazada baş verdiyi bildirilib.

Torbalının bələdiyyə sədri Övünç Demir hadisə nəticəsində 4 nəfərin öldüyünü, 10-u ağır olmaqla, 20 nəfərin isə yaralandığını açıqlayıb. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.

Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
86
2
publika.az

3Mənbələr