AZ

Fransada növbədənkənar ümumi seçkilərin birinci turunda səsvermə başlayıb

Təxminən 68 milyon 400 min əhalisi olan ölkədə 49,5 milyon fransız seçici 5 il müddətinə onları Milli Məclisdə təmsil edəcək 577 deputatı seçmək üçün sandıq başına gedir.

Hürriyyət.az xəbər verir ki, səsvermə Fransanın materik hissəsində yerli vaxtla saat 08.00-da başlayacaq və saat 18.00-da başa çatacaq. Paris kimi böyük şəhərlərdə səsvermə saat 20:00-a qədər davam edəcək.

4 min 9 deputatlığa namizədin mübarizə apardığı seçkinin birinci turunda 12,5 faiz və daha çox səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştirak edə biləcək. Parlamentdə mütləq çoxluğu əldə etmək üçün partiya və ya ittifaqlar 289 deputata çatmalıdır.

Araşdırma şirkətləri seçkilərin təxmini nəticələrini sandıqlar bağlandıqdan sonra verməyə başlasa da, rəsmi nəticələrin daha sonra açıqlanması gözlənilir.

Nitsa meri Kristian Estrosinin X hesabında verdiyi açıqlamaya görə, səsvermə prosesi başlamazdan əvvəl Nitsa şəhərində səsvermə mərkəzinin açılmasına mane olmağa çalışan şəxs mərkəzin rəhbərinə hücum edib.

Hadisədən sonra yaxalanan hücumçu saxlanılıb.

Lionda bir çox biznesmen 28 iyundan bəri iş yerlərini seçki axşamı baş verə biləcək talanlardan qorumaq üçün barrikadalar quraraq tədbir görüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
hurriyyet.az

1Mənbələr