AZ

“Şamaxı” milli üzvü ilə ortaq məxrəcə gəlib - EKSKLÜZİV

Yeni mövsümə hazırlaşan "Şamaxı" daha bir futbolçunun transferini reallaşdırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, "şirlər" Lubeni Haukonqo ilə ortaq məxrəcə gəliblər.
 
Namibiya yığmasının üzvünün son klubu Cənubi Afrika Respublikasının yüksək liqasında çıxış edən "Cape Town Spurs" klubu olub.
 
Qeyd edək ki, CAR millisinə də cəlb olunan 1,89 boya malik 23 yaşlı mərkəz müdafiçisi karyerası ərzində Fransada da legioner həyatı yaşayıb.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
sport24.az

1Mənbələr