AZ

Veloyürüşün hazırlıq mərhələsi

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”, 29-cu "Tərəflərin Konfransı (COP)" çərçivəsində Azərbaycan Velosiped Federasiyasının, Naftalan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı, Karvan Hotelin dəstəyi ilə Naftalan-Suqovuşan-Naftalan istiqaməti üzrə təşkil olunan veloyürüşün iştirakçıları yürüşdən bir gün öncə Naftalanda oldular.

İştirakçılar şəhər ərazisində 15 km məsafə üzrə test yürüşü etdilər.

Qeyd edək ki, Naftalan-Suqovuşan-Naftalan istiqaməti üzrə təşkil olunan veloyürüş növbəti gün start götürəcəkdir.

Seçilən
234
naftalan-ih.gov.az

1Mənbələr