İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avro-2024-də mübarizəni dayandırdıqdan sonra yığmadakı gələcəyi ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, o, vəzifəsindən ayrılmayacağını deyib:
"Qalıram. Komandada bəzi şeylər yolunda getmədi. Bizə indi yeni qüvvələr lazımdır”.
Qeyd edək ki, Spaletti 2023-cü ilin avqustundan İtaliya millisinn baş məşqçisidir. Onun komandası ötən gün Avro-2024-ün 1/8 finalında İsveçrəyə uduzub və turnirlə vidalaşıb.