AZ

“Gürcüstan İspaniyanın öhdəsindən gələ bilər”

Gürcüstan millisinin sabiq qapıçısı Nukri Revişvili İspaniya ilə oynanılacaq AVRO-2024 1/8 final qarşılaşması barədə gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, Revişvili Gürcüstanın mərhələ adlamaq şansının olduğunu ifadə edib. “Oyunun Gürcüstan üçün çətin keçəcəyi aydındır. İspaniya qrup mərhələsinə görə turnirdə indiyə qədər ən yaxşı komandadır. Hələ bir qol da buraxmayıblar, amma yenə də yaxşı hücum oyunu nümayiş etdirirlər. Beləliklə, Gürcüstanı ciddi qarşıdurma gözləyir. Gürcüstanın bütün turnir boyu nümayiş etdirdiyi etibarlı müdafiə və sürətli hücum sayəsində ispanlara qalib gələ bilərik. Qapıçıdan başlayaraq bütün oyunçular yaxşı oynayır və ciddi müdafiə olunurlar. Beləliklə, Gürcüstan İspaniyanın öhdəsindən gələ bilər. Niyə də onlara qalib gəlməyək? Aydındır ki, ispanların mərhələ adlamaq şansları daha çoxdur, lakin biz öz üstünlüklərimizdən istifadə etməyə çalışacağıq”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
matc.az

1Mənbələr