AZ

“FourFourTwo”nun siyahısına braziliyalılar başçılıq edirlər

“FourFourTwo” jurnalı dünyanın ən yaxşı 10 qapıçısının siyahısını təqdim edib.

“Football-plus.az” xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu idman nəşrinin versiyasına əsasən, 1-ci yerdə “Liverpul”un braziliyalı qapıçısı Alisson Bekkerdi. 2-ci sıranı “Mançester Siti”nin braziliyalı üzvü Ederson Moraes tutub. İlk “3-lüy”ə “Barselona”nın almaniyalı qolkiperi Mark-Andre ter Ştegen də düşüb.

“FourFourTwo”nun versiyasına görə, dünyanın ən yaxşı 10 qapıçısının sırasına bu oyunçular da layiq biliniblər: Mayk Menyan (Fransa, “Milan”),
Manuel Noyer (Almaniya, “Bavariya”), Canluici Donnarumma (İtaliya, PSJ), Yan Oblak (Sloveniya, “Atletiko”), Emiliano Martines (Argentina, “Aston Villa”), Yan Zommer (İsveçrə, “İnter”), Georgi Mamardaşvili (Gürcüstan, “Valensiya”).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
football-plus.az

1Mənbələr