AZ

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Zelenski:

Kiyev, 30 iyun, AZƏRTAC

“Rusiya son həftə ərzində Ukraynaya qarşı 800-dən çox idarə olunan hava bombasından istifadə edib. Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var”.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində bildirib.

“Təkcə bu həftə Rusiya Ukraynanın müxtəlif şəhərlərinə və bölgələrinə, xalqımıza qarşı 800-dən çox idarə olunan hava bombasından istifadə edib”, deyə Zelenski yazıb.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna bu bombaların daşıyıcılarını, o cümlədən Rusiya hərbi təyyarələrini mövcud olduğu yerlərdə məhv etmək üçün lazımi qüvvə və vasitələrə ehtiyac duyur.

Qeyd edək ki, dünən də Rusiya Zaporojye vilayətinin Volnyansk şəhərinə hava zərbəsi endirib. Hücum nəticəsində 7 nəfər ölüb, 38 nəfər yaralanıb.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
4
azertag.az

5Mənbələr