AZ

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Serbiyada

Belqrad, 30 iyun, AZƏRTAC

Serbiyada mümkün terror aktı ehtimalına görə təhlükəsizlik tədbirləri artırılıb.

AZƏRTAC xəbər verir ki, Serbiyanın daxili işlər naziri İvitsa Daçiçin tapşırığı ilə terror təhlükəsi ilə bağlı qırmızı həyəcan səviyyəsi elan edilib. Serbiya polisi ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

Xatırladaq ki, ötən gün bir nəfər İsrailin Serbiyadakı Səfirliyini mühafizə edən polis əməkdaşını arbaletlə boyun nahiyəsindən yaralayıb. Xəstəxanaya yerləşdirilən polis zabiti uğurlu əməliyyat keçirib.

 
Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
5
azertag.az

6Mənbələr