AZ

Bu il Qazaxda 11 445 hektar sahədə taxıl əkilib

Qazaxda arpa sahəsinin 2 154, buğda sahəsinin isə 307 hektarında biçin aparılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonda aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsi olaraq, zəmilərdə yetişən məhsullar biçimi davam edir.

Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib.

Bu günə kimi 6 938 hektar arpa sahəsinin 2 154 hektarında, 4 507 hektar buğda sahəsinin isə 307 hektarında biçin aparılıb.

2024-cü ilin məhsulu üçün payızlıq və yazlıq olmaqla, Qazax rayonunda 11 445 hektar sahədə taxıl əkilib ki, bunun da 4 507 hektarı buğda, 6 938 hektarı arpa sahəsidir.

Qeyd edək ki, biçinlə əlaqədar sahələrə 33 ədəd kombayn cəlb edilib. Qalan sahələrdə biçin davam etdirilir.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
big.az

5Mənbələr